Bakı 10˚C Dreary

Zelenski: "Rusiya bu gün Ukraynaya 36 raket atıb"

Gündəm 18:30 22 okt, 2022
Zelenski: "Rusiya bu gün Ukraynaya 36 raket atıb"

Oktyabrın 22-də Rusiya qoşunları Ukrayna ərazisinə ümumilikdə 36 raket atıb.

Qazet.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Gecədən başlayaraq düşmən kütləvi hücuma keçib, atılan 36 raketin əksəriyyəti vurulub. Hava hücumundan müdafiə qüvvələrinə təşəkkür edirik. Hazırda zərbə dəyən yerlərdə işləyən bütün qurumlara uğurlar diləyirik”, - Zelenski deyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukraynanın hər yerində hava xəbərdarlığı elan edilib. Bir neçə rayonda partlayış səsləri eşidilib.