Bakı 31˚C Mostly cloudy

Zelenski Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəhbərini işdən çıxarıb

Siyasət 11:45 30 noy, 2021

Müvafiq sərəncam Ukrayna dövlət başçısının saytında dərc edilib

Zelenski Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəhbərini işdən çıxarıb

Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəhbəri Aleksandr Rusnakı vəzifəsindən azad edib.

Qazet.az xəbər verir ki, müvafiq sərəncam Ukrayna dövlət başçısının saytında dərc edilib.

Qərarın səbəbləri açıqlanmır.

Qeyd edək ki, Rusnak 2019-cu ilin sentyabrında şöbə müdiri təyin edilib.

Bundan əvvəl Zelenski demişdi ki, xüsusi xidmət orqanları onu gözlənilən dövlət çevrilişi ilə bağlı xəbərdar ediblər. Onun sözlərinə görə, çevriliş cəhdində ukraynalı iş adamı Rinat Axmetovun əli olduğu ehtimal edilir və bu iş üçün milyardlarla ABŞ dolları ayrılıb.

Mənbə