Zelenski Ukrayna üçün "müsbət xəbərlər" açıqladı
Ukrayna prezidenti Vladimir Zelenski “Rammstein” müdafiəsindən Ukrayna ordusunun müasir artilleriya ilə əlavə gücləndirilməsi ilə bağlı “müsbət xəbər” açıqlayıb.
Qazet.az xəbər verir ki, bu barədə Ukrayna lideri videomüraciətində bildirib.
Ukrayna dövlətinin başçısı qeyd edib ki, oktyabrın 12-də “Rammstein” müdafiə formatında növbəti iclas keçirilib. Zelenski bu görüşü “kifayət qədər məhsuldar” adlandırıb.
“Biz ilk növbədə dövlətimizi hava hücumundan müdafiə və raketdən müdafiə sistemləri ilə təmin etməyi müzakirə etdik”, - deyən Zelenski vurğulayıb: “Rusiya terroru nə qədər cəsarətli və qəddarlaşarsa, Ukraynaya səmanı qorumağa kömək etmək dünya üçün bir o qədər aydın olur. Zəmanəmizin Avropası üçün ən mühüm humanitar vəzifələrdən biridir. İnanıram ki, biz bu problemi həll edəcəyik”.
O qeyd edib ki, "Rammstein" müdafiəsindən ordumuzun müasir artilleriya vasitələri ilə əlavə gücləndirilməsi ilə bağlı müsbət xəbərlər var. Tərəfdaşlara təşəkkürlər!"