Bakı 12˚C Windy

Zelenski Ukraynanın atəşə tutulmasında iştirak edənlərin müəyyən edilməsini tapşırıb

Gündəm 08:16 12 okt, 2022
Zelenski Ukraynanın atəşə tutulmasında iştirak edənlərin müəyyən edilməsini tapşırıb

Ukrayna prezidenti Vladimir Zelenski həmvətənlərinə axşam müraciətində deyib ki, Ukrayna kəşfiyyatına ölkəyə raket hücumlarında iştirak edənləri müəyyən etmək tapşırılıb.

Qazet.az
xəbər verir ki, bundan əlavə, Ukrayna lideri İranın kamikadze pilotsuz uçan aparatları ilə bağlı sxemlərdə kimin əli olduğunu öyrənməyi tapşırıb.

“Terrorçuların fərdi məsuliyyəti terror dövlətinin məsuliyyəti ilə eyni olmalıdır. Biz bunun üçün çalışırıq”, - deyə Zelenski vurğulayıb.