Bakı 22˚C Mostly sunny

Zelenski Ukraynanın xarici siyasəti ilə bağlı şərh verməyi qadağan etdi

Gündəm 09:11 23 dek, 2021

Dövlət qurumları xarici siyasət məsələləri ilə bağlı rəsmi əlaqələri barədə Xarici İşlər Nazirliyinə və Prezidentə məlumat verməli, beynəlxalq tədbir başa çatdıqdan sonra isə 10 gün müddətində onun nəticələri barədə məlumat verməlidirlər. 

Zelenski Ukraynanın xarici siyasəti ilə bağlı şərh verməyi qadağan etdi

Ukrayna Prezidenti Vladimir Zelenski xarici siyasətlə bağlı fərman verib.

“Qazet.az” Ukrayna KİV-nə istinadən xəbər verir ki, yeni fərmana əsasən, ölkənin xarici siyasəti ilə bağlı bundan sonra Ukrayna prezidentinin özü, baş nazir və Xarici İşlər Nazirliyinin rəhbəri rəsmi şərh verə bilər. 

Qeyd olunur ki, fərman “dövlətin xarici siyasətinin vəhdətini təmin etmək məqsədilə” verilib.

Fərmanda deyilir ki, dövlət orqanları yazılı müraciətlər vasitəsilə Xarici İşlər Nazirliyi ilə aşağıdakı məsələləri əlaqələndirməlidirlər: xarici dövlət qurumlarının rəhbərlərinin və nümayəndə heyətlərinin Ukraynaya səfərlərinin hazırlanması; Ukraynanın xarici siyasəti və beynəlxalq xarakterli təşəbbüsləri ilə bağlı rəsmi bəyanatlar və şərhlər; Ukraynanın beynəlxalq təşkilatlara və birliklərə üzvlüyü üçün təşəbbüslər; beynəlxalq sənədlərin hazırlanması; beynəlxalq təşkilatların orqanlarında namizədlər üçün təkliflər; xarici siyasətin həyata keçirilməsi ilə bağlı beynəlxalq məsləhətləşmələrin, danışıqların və görüşlərin keçirilməsi; beynəlxalq məsləhətləşmələrdə, danışıqlarda və konfranslarda iştirak.

Dövlət qurumları xarici siyasət məsələləri ilə bağlı rəsmi əlaqələri barədə Xarici İşlər Nazirliyinə və Prezidentə məlumat verməli, beynəlxalq tədbir başa çatdıqdan sonra isə 10 gün müddətində onun nəticələri barədə məlumat verməlidirlər. “Xüsusilə vacib məlumat” alınarsa isə məlumat gecikmədən verilməlidir.