Bakı 26˚C Sunny

Zelenski və Bayden Donbasdakı vəziyyəti müzakirə edib

Siyasət 17:33 02 noy, 2021

Bu barədə V. Zelenski "Twitter"də bildirib

Zelenski və Bayden Donbasdakı vəziyyəti müzakirə edib

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Baydenlə görüşüb.

Qazet.az-ın xəbərinə görə, bu barədə V. Zelenski "Twitter"də bildirib.

Görüş Qlazqoda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransı çərçivəsində baş tutub.

Danışıqlar zamanı Donbasdakı təhlükəsizlik vəziyyəti müzakirə olunub.

“ABŞ Ukraynanın ərazi bütövlüyünü və ölkədəki islahatları dəstəkləməyə davam edir”, - Ukrayna Prezidenti qeyd edib.