Bakı 34˚C Partly sunny

Zelenski yeni medal təsis etdi - FOTO

Gündəm 08:00 08 avq, 2022

Medal Ukraynanın hərbi qulluqçularına və silahlı qüvvələrin əməkdaşlarına, habelə ölkənin müdafiəsinin təmin edilməsi üçün zəruri tədbirləri həyata keçirən kəşfiyyatçılara veriləcək.

Zelenski yeni medal təsis etdi - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski “Ukraynanın müdafiəsinə görə” medalını təsis edib.

Qazet.az xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat yer alıb.

Medalda düz bucaq altında kəsişən qılınclar, eləcə də ölkənin gerbi təsvir olunub. Mükafatın arxa tərəfində “Ukraynanın müdafiəsinə görə” yazısı həkk olunub.

Sərəncama əsasən, medal Ukraynanın hərbi qulluqçularına və silahlı qüvvələrin əməkdaşlarına, habelə ölkənin müdafiəsinin təmin edilməsi üçün zəruri tədbirləri həyata keçirən kəşfiyyatçılara veriləcək.

Mükafat, həmçinin “müdafiənin gücləndirilməsində mühüm xidmətləri olan” vətəndaşlara və könüllülərə təqdim olunacaq.