Zelenskidən bakılı müğənniyə QADAĞA - FOTO
Məlum olduğu kimi, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın 119 mədəniyyət və incəsənət xadiminə qarşı sanksiya imzalayıb.
Qazet.az xəbər verir ki, qadağa qoyulan sənətçilər arasında rusiyalı aktyor, müğənni, şoumen və idmançılar da var.
Qadağa ilə üzləşən sənətçilərdən biri Rusiyanın Xalq artisti Larisa Dolinadır. Qeyd edək ki, yəhudi əsilli müğənni 1955-ci ildə Bakıda doğulub. Onun 3 yaşı olarkən ailəsi doğma şəhərləri olan Odessaya, daha sonralar isə Rusiyaya köçüb.
Qadağa qoyulan digər məşhur sənətçilər aşağıdakılardır: İrina Alleqrova, Maksim Averin, Dima Bilan, İqor Butman, Aleksandr Buynov, Polina Qaqarina, Filipp Kirkorov, Sergey Lazarev, Qriqori Leps, Nikita Mixalkov, həmçinin Ukrayna vətəndaşları, müğənni Lolita Milyavskaya, teleaparıcı Janna Badoeva və ukraynalı futbolçu, millinin sabiq kapitanı, Rusiyanın “Zenit” klubunda baş məşqçi köməkçisi işləyən Anatoli Timoşçuk.
Sanksiya tətbiq edilən şəxslərin 10 il ərzində Ukraynaya girişi, eyni zamanda onların bu ölkədəki kapitalının çıxarılması qadağan olunub.