Zelenskidən Rusiya kanalları ilə bağlı Aİ-yə ÇAĞIRIŞ
Xəbərlər
00:11 01 sen, 2022
Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqını (Aİ) Rusiyanın bütün dövlət televiziya kanallarını və təbliğatını qadağan etməyə çağırıb.
Qazet.az xəbər verir ki, Zelenski bu barədə Çexiyada keçirilən “Forum 2000”dəki çıxışında danışıb.
"Rusiyanın heç bir dövlət televiziyasının Aİ ərazisində fəaliyyət göstərməsinə icazə verilməməlidir", -deyə Prezident vurğulayıb.