Bakı 15˚C Sunny

Zelenskinin Putinlə arxiv videosu Almaniya gündəmində

Maraqlı 17:16 03 yan, 2023
Zelenskinin Putinlə arxiv videosu Almaniya gündəmində

24 fevral 2022-ci ildən Rusiya ilə müharibə aparan Ukrayna lideri Zelenskinin düz 10 il əvvəl çəkilmiş görüntüləri gündəmə gəlib.

Qazet.az xəbər verir ki, Almaniyanın "Bild" nəşri Zelenskinin illər əvvəl çəkilmiş görüntüləri yayımlayıb. 

Videoda Zelenski Yeni il şənliyində rusiyalı izləyiciləri əyləndirir. Görüntülərin 2012-2013-cü illərdə Rusiya televiziya kanallarının birində qeydə alındığı bildirilir.

Həmçinin, "Bild" Zelenskinin ölkə başçısı olmadan əvvəl komediya aktyoru kimi tanındığını qeyd edib. 

Qəzet yazıb ki, Zelenski rusiyalı komediya ustası Maksim Qalkinlə kamera qarşısına keçib. Qalkin də müharibə başlayandan bir müddət sonra Rusiyadan qaçıb.

Videoda o da görünür ki, Putinin ən etibarlı simalarından biri, tez-tez Putini və Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən Vladimir Solovyov Zelenskinin çıxışını alqışlarla dəstəkləyir.