Zelenskinin köməkçisinə silahlı hücum olundu - FOTO
Gündəm
15:00 22 sen, 2021
Ukrayna Prezidenti Vladimir Zelenskinin birinci köməkçisi Sergey Şefirə qarşı sui-qəsd təşkil edilib.
![Zelenskinin köməkçisinə silahlı hücum olundu - <span style="color:red">FOTO</span>](https://qazet.az/resized/fit900x500/center/pages/26508/2ed2b2b1-52e1-4051-91ff-756b0ce7386a.jpeg)
Bu barədə məlumatı “Strana.ua” yayıb. Bildirilir ki, naməlum şəxslər Sergey Şefirin olduğu avtomobilə atəş açıb.
İnsident zamanı S.Şefir xəsarət almayıb. Lakin bununla belə, onun sürücüsü odlu silahdan 3 güllə yarası alıb.
Qeyd olunur ki, sürücü hazırda reanimasiyadadır və vəziyyəti ağırdır.
İnsident barədə məlumat hələ rəsmi təsdiq olunmayıb.