Zelenskiyə pulu buna görə verirlər – Rusiyadan İDDİA
Gündəm
12:33 14 sen, 2021
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Ukraynanın demokratikləşməsi ilə bağlı ABŞ-ın layihəsi Rusiyanın qarşısının alınmasına və regionda qeyri-stabil vəziyyətin yaranmasına yönəlib.
Qazet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Zelenskiyə öz əsas hədəflərini – Rusiyaya təzyiqi reallaşdırmaq üçün pul verirlər. Bu konsepsiyanın əsas meydanı və hədəfi bizim ölkədir”, – deyə o bildirib.