Bakı -3˚C Windy

Zəlzələnin fəsadları artdı: Sunami xəbərdarlığı - VİDEO

Cəmiyyət 11:33 23 noy, 2022
Zəlzələnin fəsadları artdı: Sunami xəbərdarlığı - VİDEO

Kandilli rəsədxanası Türkiyənin Düzce vilayətində baş verən zəlzələ ilə bağlı sunami xəbərdarlığını ləğv edib.

Qazet.az “habertürk”ə istinadən xəbər verir ki, rəsədxanadan bildirilib ki, rixter cədvəli üzrə 5,9 bal gücündəki zəlzələdən 6 dəqiqə sonra sunami xəbərdarlığı verilib. Lakin bir müddət sonra sunami təhlükəsi olmadığına görə xəbərdarlıq qaldırılıb.

Qeyd edək ki, zəlzələnin episentri Düzce rayonunda yerin 6,8 km dərinliyində yerləşib. Zəlzələ nəticəsində yaralıların sayı 46-ya çatıb.