Bakı 5˚C Showers

Zəngəzur Bakının nəzarətinə keçəcək – Əcəmyan

Siyasət 17:27 21 apr, 2022

Bu fikirləri Ermənistanın Respublikaçılar Partiyasının üzvü Karine Əcəmyan bildirib

Zəngəzur Bakının nəzarətinə keçəcək – Əcəmyan

Bu günlərdə Ermənistanda bir qrup insan indiki hakimiyyətə qarşı etirazlar keçirir, Paşinyan və onun komandasını devirmək istəyir, guya bunların hamısı Ermənistan naminə edilir. Amma gözüaçıq cəmiyyətin üzvləri tam olaraq anlayır ki, bu etirazların arxasında duran sərkisyançılar, köçəryançılar, qərbyönlülər, ruspərəstlərin ən əsas məqsədi taxtdır.

Qazet.az xəbər verir ki, bu fikirləri Ermənistanın Respublikaçılar Partiyasının üzvü Karine Əcəmyan bildirib.

“Erməni xalqı avam, axmaq xalq deyil. Nəyin necə olduğunu biz ilk gündən görürük. Hamımız anlayırıq ki, bütün bu baş verənlər yaxın gələcəkdə azərbaycanlılar və türklərin İrəvan küçələrində rahat dolaşacaqlaqlarından, Qarabağ və Zəngəzurun isə tam olaraq Bakının nəzərəti altında olacağından xəbər verir. Bu prossesi dayandıra biləcək heç nəyimiz yoxdur. Xalqımız müharibə istəmir. Məhz bu səbəbdən o yuxarıda adların çəkdiyimiz robertçilər, serjçilər heç nəyə nail ola bilməyəcəklər. Biz anlayırıq ki, Nikol nə qədər zəif siyasətçi olsa da, respublikasını tam olaraq yoxa çıxmaqdan qoruya biləcək”, - deyə Əcəmyan bildirib.

Erməni siyasətçinin sözlərinə əsasən, hazırda Ermənistanda Qərbin müəyyən gücləri tərəfindən planlar hazırlanır: “Hər şeyə hazır olmalıyıq...”.

mənbə