Bakı 3˚C Showers

Zəngəzur dəhlizi bu şərtlə açıla bilər – İrəvan

Siyasət 17:17 02 okt, 2021

Bu yollar Ermənistanın nəzarətində olmalıdır

Zəngəzur dəhlizi bu şərtlə açıla bilər <span style="color:red">– İrəvan</span>

Ermənistan ərazisində suveren dəhliz ola bilməz.

Qazet.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Zəngəzur dəhlizi haqda danışarkən deyib. Onun sözlərinə görə, dəhliz siyasi məsələdir, bu məsələ müzakirə edilməlidir:

“Ermənistandan Türkiyə və Azərbaycanı birləşdirən, azərbaycanlıların istifadə etdiyi dəhlizlər və ya yollar açıla bilər. Bu variant mümkündür, amma bu yollar Ermənistanın nəzarətində olmalıdır”.(axar.az)