Zəngəzur dəhlizi plandan çıxarıldı? - Rusiya İrəvanın oyununa gəldi
Zəngzəur dəhlizinin gecikməsi Rusiyanın ziyanınadır
"İranla aramızda imzalanan Anlaşma Memorandumu çox önəmli bir layihədir".
Qazet.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
O bildirib ki, Zəngzəur dəhlizinin gecikməsi Rusiyanın ziyanınadır:
"Bu sənədin texniki tərəfinə baxsaq görə bilərik ki, İrandan keçməklə Azərbaycanın qərb rayonlarıyla (Şərqi Zəngəzur) Naxçıvanı birləşdirən bu yeni kommunikasiyalar (dəhliz) əslində Zəngəzur dəhlizi sisteminə daxil olan bir kommunikasiya ola bilər. Çünki Zəngəzur dəhlizi Füzuli rayonundan başlayır, Cəbrayılı, Zəngilanı, Naxçıvan Muxtar Respublikasını əhatə edir. Bu kommunikasiyalar bizim üçün çox vacibdir: onun bir hissəsi Ermənistan vasitəsilə keçməlidir, digər hissəsi də İran ərazisindən. Bu amil bütün hallrda bu kommunikasiyaları texniki baxımdan möhkəmləndirir, yükdaşıma, sərnişindaşıma qabiliyyətini artırmış olur. Eyni zamanda burada digər kommunikasiyalar da var, misal üçün yüksək gərginlikli elektirk xətləri buradan keçəcək, eyni zamanda istisna edilmir ki, qaz və su xəttləri bu dəhliz vasitəsilə gələcəkdə keçə bilər. Bu, hazırda inşa olunan kommunikasiyalara əlavə bir stimul yaradır.
O demək deyil ki, Zəngəzur dəhlizi - indiki Ermənistan ərazisinin üzərindən keçən kommunikasiyalar İranla imzalanan Memorandumdan sonra aktuallığını itirir. Yox, bu belə deyil. Zəngəzur dəhlizinin reallaşması qeyd-.ərtsiz öz yerində olmalıdır. Sadəcə olaraq İrandan keçəcək bu kommunikasiyalar imkan yaradır ki, əgər Ermənistan tərəfi Azərbaycan, Türkiyə və digər iştirakçılar üçün bu və digər süni maneyələr yaratsa ki, bu kommunikasiyalardan istifadə etsinlər, onlar asanlıqla İran vasitəsilə hərəkət edə bilərlər və yaxud da yüklərini İran vasitəsilə daşıya bilərlər. Bu da o deməkdir ki, Ermənistan burada şərtləri diqtə edə bilməz. İranla imzalanan Memorandum da bundan xəbər verir.
Bu sənədin əhəmiyyəti digər tərəfdən ondan ibarətdir ki, təəssüflər olsun ki, Ermənistan tərəfi hələ də anlamayıb ki, reallıq dəyişilib. Onlar öz ərazisindən dəhlizlərin keçirilməsi üçün burada müəyyən şərtlər irəli sürürlər. Düşünürəm ki, bunlar hamısı boş söhbətlərdir, boş şərtlərdir. Azərbaycan tərəfi asanlıqla bu şərtləri üstələyə bilər. İranla olan saziş də bundan xəbər verir.
Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizi hissəsində aparılan işlərə nəzər salsaq görərik ki, orada yubanma var. Məhz elə bu yubanmanın nəticəsində İranla biz Memorandum imzalamışıq və irimiqyaslı işləri həyata keçirmək niyyətindəyik. Bu da Rusiyanın maraqlarına toxunur. Çünki Zəngəzur dəhlizinin dəmiryolu hissəsi Rusiyaya məxsus olacaq. Burada Rusiya Dəmiryolu İdarəsi Ermənistan dəmiryollarını uzunmüddətli icarəyə götürüb. Ona görə də Ermənistan tərəfinin bu yanaşması Rusiyanı pis vəziyyətdə qoyur. Bu səbəbdən də düşünürəm ki, Rusiya Ermənistan rəhbərliyinə müəyyən təzyiqlər göstərəcək ki, onlar öz ərazilərində gedən işləri sürətləndirsin və beləliklə bu dəhlizin Ermənistan hissəsində işlər sürətlənə bilər, yaxudda ki, bizim arzu etdiyimiz müddətdə tamamlana bilər.
Bütün hallarda Ermənistan yenə də burada özünü alternativsiz marşurut kimi göstərmək istəyirdi, o da alınmadı. Düşünürəm ki, indən belə Ermənistan nəticə çıxaracaq və öz siyasətində müəyyən dəyişikliklər edəcək. Etməsə, bu, onların dalanda qalmasına imkan yaradacaq. Bu da Ermənistan üçün heç də xoşagələn olmayacaq. Çünki yaranmış vəziyyətdə dalan rolunu oynamaq nəyinki iqtisadi, eyni zamanda geosiyasi itkilərlə üzləşmək deməkdir. Düşünmürəm ki, Ermənistan bu seçimi edər".