Bakı 24˚C Sunny

Zəngəzur dəmir yolunda gömrük postu olacaq? – Qriqoryan

Gündəm 17:08 18 dek, 2021

 Arazdəyən-Horadiz dəmir yolunun uzunluğu 340 km-dir, bunun 45 km-i Ermənistan ərazisinə düşür

Zəngəzur dəmir yolunda gömrük postu olacaq?<span style="color:red"> – Qriqoryan</span>

Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistandan keçən hissəsində nəzarət məsələsi müzakirə edilmir. Dəmir yolu sərhəd və gömrük qaydaları ilə fəaliyyət göstərəcək.

Qazet.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib.

O bildirib ki, Arazdəyən-Horadiz dəmir yolunun uzunluğu 340 km-dir, bunun 45 km-i Ermənistan ərazisinə düşür.

Onun sözlərinə görə, tikinti işləri ilə bağlı konkret vaxt demək mümkün deyil, ancaq hər iki tərəf ən qısa müddətdə sazişi razılaşdırıb, dərhal işə başlamaq ovqatındadır.