Zəngilan, Cəbrayıl və Qubadlıda yeni kəndlərin salınmasına hazırlıq gedir
Gündəm
12:06 21 noy, 2022
Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının kəndlərininin layihələndirilməsi işləri başlayıb və onların konsept dizaynın bir hissəsi artıq hazırdır.
Qazet.az xəbər verir ki, bunu Bakıda keçirilən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
"Gələn ilin ortalarında həmin kəndlərin salınmasına başlanılacaq. Zəngilan şəhərində isə yaşayış məhəlləsinin təməlqoyması həyata keçirilib və tikintisi növbəti ilə planlaşdırılır", - deyə o, qeyd edib.