Zərdabda karantin qaydalarının pozulduğu şadlıq sarayı aşkarlanıb
Hadisə
13:07 20 dek, 2021
Qayda pozuntusu ilə əlaqədar şadlıq sarayına cavabdeh şəxs olan Səmid Rüstəmov barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb
Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində pozuntu halının baş verdiyi şadlıq sarayı müəyyən edilib.
Daxili işlər nazirliyindən Mətbuat xidmətinin Bərdə regional qrupundan Qazet.az-a verilən məlumata görə, yoxlamalar zamanı “Natiq” şadlıq sarayında baş tutan toy məclisinin “icaze.e-gov-az” saytında qeydiyyatdan keçirilmədiyi aşkar olunub.
Qayda pozuntusu ilə əlaqədar şadlıq sarayına cavabdeh şəxs olan Səmid Rüstəmov barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.