Bakı 26˚C Sunny

Zərdabda karantinə görə toy sahibləri cərimələnib

Cəmiyyət 12:10 31 okt, 2021

Zərdabda pandemiya tələblərinin pozulduğu toy məclisləri müəyyən edilib

Zərdabda karantinə görə toy sahibləri cərimələnib

Zərdab Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçiriblər. Tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisləri müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qazet.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Allahqulubağı, Qoruqbağı və Sarıqaya kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntusuna yol vermiş ev sahibləri Ç.Abbasov, Ə.Kərimov və A.Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.