Bakı 16˚C Partly sunny

Zidana hörmətsizlik edən federasiya prezidenti istefaya göndərilib

Gündəm 17:39 11 yan, 2023
Zidana hörmətsizlik edən federasiya prezidenti istefaya göndərilib

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qrey istefaya göndərilib.

Qazet.az yerli mətbuata istinadən xəbər verir ki, adı təcavüz qalmaqalında hallanan funksioner milli komandanın sabiq futbolçusu Zinəddin Zidanla bağlı fikirlərindən sonra vəzifəsindən ayrılıb.

Onu müvəqqəti olaraq vitse-prezident Filipp Diallo əvəzləyib.

Qeyd edək ki, Noel Le Qrey son açıqlamasında Zinəddin Zidanın yığmanın baş məşqçisi postuna namizəd olmadığını və mütəxəssis zəng vursa belə, ona cavab verilməyəcəyini bildirib. Dərhal tvitter səhifəsi vasitəsilə 51 yaşlı mütəxəssisə dəstək mesajı yayımlayan PSJ-nin və millinin hücumçusu Kilian Mbappe “Zidan Fransadır. Biz əfsanəyə o qədər də hörmətsiz yanaşmırıq”, - fikirlərini yazıb.