Zığda 1200 hektar ərazidə yaşıllıq salınıb - FOTO
Yaşıllığın təqribən yarısı zeytun ağaclarından ibarətdir
![Zığda 1200 hektar ərazidə yaşıllıq salınıb - FOTO](https://qazet.az/resized/fit900x500/center/pages/30899/e693f347-da77-44a2-9e79-24d128fa98ed.jpeg)
Zığda 1200 hektar ərazidə yaşıllıq salınıb.
Qazet.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin sədri Ramiq Əşrəfov deyib.
Onun sözlərinə görə, salınan yaşıllığın təqribən yarısı zeytun ağaclarından ibarətdir:
"Həmçinin ərazidə eldar şamı, sərv, nar, əncir ağacları var. Abşeron yarımadasında yaşıllaşdırma işinə 2010-cu ildə start vermişik. Keçmiş Yod-brom zavodu ərazisində 170 hektar çirklənmiş ərazidən 42 min kuba yaxın yod-brom duz qalıqlarını çıxarıb konservləşdirmişik. Eyni zamanda neft tullantıları da konservləşdirilib və ərazidə zeytun bağları salınıb.
Aeroport ərazisində isə 272 hektar sahə təmizlənərək yaşıllıq salınıb. Ümumilikdə yaşıllıq sahələrində layihə çərçivəsində 5 milyon 500 mindən çox müxtəlif ağac yetişdirilib. Növbəti illərdə bu işlər davam etdiriləcək".