Zimbabvedə müxalifət liderinin avtomobilinə bombalı hücum edildi
Zimbabvedə ana müxalifət partiyası, Vətəndaşların Dəyişiklik Koalisiyasının lideri Nelson Çamisanın korteci naməlum şəxslər tərəfindən silahlı və bombalı hücuma məruz qalıb.
Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, Çamisanın avtomobil korteci Çinhoyi şəhərindəki Qadzema stadionunda keçirilən partiyanın mitinq sahəsinə daxil olduğu zaman partladıldığı iddia edilib.
Mitinq ərazisində çaxnaşmaya səbəb olan partlayışda ölən və yaralanan olmayıb.
Bildirilir ki, hücuma görə məsuliyyəti hakim partiya olan Zimbabve Afrika Milli Birliyi - Vətənpərvər Cəbhə (ZANU-PF) tərəfdarlarının üzərinə götürüb.
Digər tərəfdən, hücumla bağlı ZANU-PF-dən hələlik heç bir açıqlama verilməyib.
Gələn il Zimbabvedə keçiriləcək ümumi seçkilər öncəsi ZANU-PF və CCC (,Vətəndaşların Dəyişiklik Koalisiyası” tərəfdarları arasında zorakılıq ölkədə gərginliyi artırır.