Bakı 5˚C Mostly cloudy

“Zirə”nin futbolçusu: “Dünya çempionatında Seneqal yığmasına azarkeşlik edirəm”

İdman 23:43 03 dek, 2022
“Zirə”nin futbolçusu: “Dünya çempionatında Seneqal yığmasına azarkeşlik edirəm”

“Dünya çempionatında Seneqal yığmasına azarkeşlik edirəm”.

Qazet.az xəbər verir ki, bunu “Report”a müsahibəsində “Zirə”nin futbolçusu Hamidu Keyta Qətərdə keçirilən dünya çempionatı ilə bağlı danışarkən deyib.

Paytaxt klubunun Seneqal əsilli olan fransalı hücumçusu ona doğma olan bu iki ölkənin komandasının mundialdakı şanslarını dəyərləndirib.

Fransanı çempionluğa daha yaxın görən 28 yaşlı oyunçu DÇ-2022-də Seneqalın uğur qazanmasını arzuladığını söyləyib: “Qrup mərhələsində bir çox sürpriz nəticələr qeydə alındı. İndi bütün komandalar güclü oynayır. Fransa millisinin digərləri ilə müqayisədə çempionluq şansı çoxdur. Yüksək keyfiyyətə malik təcrübəli futbolçuları var. Fikrimcə, Fransa və Braziliya mundialın ən güclü komandalarıdır. İspaniya da titul əldə edə bilər. Ancaq ən böyük arzum Seneqal yığmasının uğur qazanmasıdır. Seneqalın 1/8 finalda İngiltərəyə qalib gələcəyinə ümid edirəm”.

Qeyd edək ki, 1/8 final mərhələsində dekabrın 4-də Fransa Polşa ilə, Seneqal isə İngiltərə ilə qarşılaşacaq.

Hamidu Keytanın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.