"Zirə"nin hücumçusu: "Şadam ki, Gürcüstan millisi mənim qolumla qələbə qazandı"
Bunu Davit Volkov Özbəkistana 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşü barədə danışarkən deyib
"Hamını qələbə münasibətilə təbrik edirəm. Yığmaya çağırılmağıma xeyli sevinmişdim və var qüvvəmlə şanslarımdan yararlanmağa çalışırdım".
Qazet.az-ın məlumatına görə, bu fikirləri Gürcüstan millisində çıxış edən "Zirə" klubunun futbolçusu Davit Volkov Özbəkistana 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşü barədə danışarkən deyib.
Oyunda yeganə qolun müəllifi olan 28 yaşlı hücumçu matça start heyətdə başlamasından məmnunluq ifadə edib: "Şadam ki, komandamız mənim qolumla qələbə qazandı. Yığmamıza uğurlar arzulayıram. İli qələbə ilə başa vurmağımıza sevinirəm".
Qeyd edək ki, Davit Volkov hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.