Ermənistanda etirazlar - Söyüdlü-Basarkeçər bağlandı - VİDEO
Siyasət
13:34 16 sen, 2021
“Biz yolu açmayacağıq”
![Ermənistanda etirazlar - <span style="color:red">Söyüdlü-Basarkeçər bağlandı - VİDEO</span>](https://qazet.az/resized/fit900x500/center/pages/25559/d935d58c-d70f-42d5-aef6-d6b52ccf010e.jpeg)
Ermənistanda daxili proseslərə etirazlar dava etməkdədir. Yerli sakinlər Ermənistanın Geğarkunik vilayətində Söyüdlü-Basarkeçər avtomobil yolunu bağlayıblar.
Qazet.az News.am saytına istinadən xəbər verir ki, insanlar hökumətin ölkə icmalarının genişlənməsi ilə bağlı qərarına etiraz edirlər.
Nümayişçilərdən biri bildirib ki: “Bizim tələbimiz 18 kəndimizin birləşməməsidir. Onları bir -birindən ayırmaq daha yaxşıdır”.
"Biz yolu açmayacağıq. Əgər dediklərimiz keçməsə, İrəvana da gedəcəyik" deyən kənd sakinləri etiraz ediblər.