Zooparkda timsah əvəzinə timsah dərisindən çanta nümayiş edildi - FOTOLAR
Çanta 2018-ci ildə London hava limanında Böyük Britaniyanın sərhəd xidməti tərəfindən ələ keçirilərək zooparka təhvil verilib
Meymunlar, pinqvinlər və şirlər zooparklara baş çəkdiyimiz zaman görməyi gözlədiyimiz heyvanlardır. Lakin, nəsli kəsilməkdə olan siam timsahını izləmək üçün "ZSL London" zooparkında çox cansız görünən bir şey tapacaqsınız. Bu, siam timsahının dərisindən hazırlanmış əl çantası olacaq.
Qazet.az "BBC"yə istinadən xəbər verir ki, çanta 2018-ci ildə London hava limanında Böyük Britaniyanın sərhəd xidməti tərəfindən ələ keçirilərək zooparka təhvil verilib.
Bunun məqsədi dünyada vəhşi təbiətə məxsus heyvanların qeyri-qanuni ovlanması və ticarətinə diqqət çəkməkdir.
Zooparkda isə canlı siam timsahları yoxdur. Bu, kifayət qədər başa düşüləndir, çünki dünyada onların sayı artıq 500-1000 arasındadır.
Qeyd edək ki, London Zooparkında nəsli kəsilməkdə olan bir sıra növlər var ki, onların əksəriyyəti qeyri-qanuni vəhşi təbiət ovçularının hədəfindədir.
2000-ci ildən bəri zoopark hava limanları və limanlardakı işləri çərçivəsində Böyük Britaniya Sərhəd Qüvvələri tərəfindən müsadirə edilmiş 3000-dən çox heyvan üçün ev təmin edib.
196 yaşlı zooparkın ekzotik sakinləri arasında Misir tısbağaları, qırmızı yağış qurbağaları, yaşıl ağac pitonları və yüzlərlə mərcan var.