Zukerberq bir neçə saata milyardlarla dollar itirdi
Biznes
01:35 05 okt, 2021
Milyarder sosial şəbəkələrin işindəki problemdən sonra dünyanın ən zəngin insanları siyahısında 6-cı pilləyə düşüb.

“Facebook”un qurucusu Mark Zukerberq sosial şəbəkələrin işində yaranmış bir neçə saatlıq problem səbəbindən 6,6 milyard dollar itirib.
“Qazet.az” xəbər verir ki, bu barədə “Forbes” yazır.
Milyarder sosial şəbəkələrin işindəki problemdən sonra dünyanın ən zəngin insanları siyahısında 6-cı pilləyə düşüb.