Bakı 24˚C Sunny

Azərbaycan İslamiadada növbəti medalını qazandı

İdman 19:32 09 avq, 2022

Aleksis Kopello atletikanın üçtəkanla tullanma proqramında gümüş medala sahib olub.

Azərbaycan İslamiadada növbəti medalını qazandı

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan daha bir medal qazanıb.

Qazet.az xəbər verir ki, komandamızın üzvü Aleksis Kopello atletikanın üçtəkanla tullanma proqramında gümüş medala sahib olub.

Nazim Babayev isə 5-ci yerlə kifayətlənib.

Bu, Azərbaycanın İslamiadada əldə etdiyi 3-cü medal olub. Daha əvvəl Anna Skidan çəkicatmada qızıl, taekvondoçu Həşim Məhəmmədov isə bürünc medala sahib çıxıb.

Azərbaycan İslamiadada növbəti medalını qazandı