Bakı 27˚C Sunny

Azərbaycanda 14 yaşlı qız hamilə qaldı

Hadisə 22:22 05 avq, 2022

Hamilləlik oğlan tərəfinin israrı ilə qeyri-ənənəvi üsulla qızın bətnində məhv edilib.

Azərbaycanda 14 yaşlı qız hamilə qaldı

Bərdənin Nəcəfqulubəyli kəndində 14 yaşlı qız hamilə qalıb.

Hamilləlik oğlan tərəfinin israrı ilə qeyri-ənənəvi üsulla qızın bətnində məhv edilib.

Abort zamanı qızın 3 aylıq hamilə olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb: "Müvafiq ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

qaynaq