Bakı 20˚C Mostly cloudy w/ showers

Bu ölkədə rus dili qadağan edilir

Gündəm 21:40 14 avq, 2022

"Amma cəmiyyət bilməlidir ki, latış dili işgüzar əlaqələrlə yanaşı, iş yerində ünsiyyət üçün də istifadə olunmalıdır”

Bu ölkədə rus dili qadağan edilir

Latviyanın Ədliyyə Nazirliyi ikidilliliyi məhdudlaşdıran qanun üzərində işləyir.

Qazet.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yanis Bordans deyib.

Nazir bildirib ki, hazırlanmaqda olan qanun iş yerində və ictimai yerlərdə rus dilinin istifadəsinə məhdudiyyətləri əhatə edəcək:

"2012-ci ilin fevralında referendum keçirilib, 74,8% insan rus dilinin ikinci dövlət dili olmasının əleyhinə səs verib və sakinlər latış dilinin yeganə dövlət dili olması istəyini təsdiqləyib. Eyni zamanda, ölkə ruslaşdırma illərinin "bəhrəsini" verir - gündəlik ünsiyyətdə, iş yerlərində və xidmət yerlərində latış və rus dillərinin eyni vaxtda istifadəsi kök salıb".

O qeyd edib ki, qanunda sadalanacaq müəyyən hallar istisna olmaqla, buna yol verilməməlidir:

"Amma cəmiyyət bilməlidir ki, latış dili işgüzar əlaqələrlə yanaşı, iş yerində ünsiyyət üçün də istifadə olunmalıdır”.