BTQ Türkiyə-Azərbaycan ticarət dövriyyəsini 15 milyard dollara çatdıracaq

“Sürət qatarlarına və adi xətlərə yeni investisiyalar qoyaraq 2023-cü ilə qədər Türkiyənin dəmir yolu şəbəkəsini 16,675 min km-ə çatdıracağıq”.

Qazet.az xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu deyib.

- Advertisement -

Onun sözlərinə görə, hökumət qarşıdakı 3 il ərzində dəmir yollarının sərnişindaşımalardakı payını 2,5 faiz bəndi artıraraq 1,3%-dən 3,8%-ə çatdırmağı planlaşdırır: “Mövcud xətlərimizi bərpa etmək və xidməti yaxşılaşdırmaq, ağıllı və əlavə dəyər yaratmaq üçün milli texnologiyalar istehsal etmək üçün böyük sürətlə çalışırıq”

İndiyə qədər ümumilikdə 403 yeni nəsil milli yük vaqonunun istismara verildiyini, bundan başqa, bu rəqəmə 100 yük vaqonunun da əlavə olunacağnı bildirən A.Karaismailoğlu vurğulayıb ki:

“2023-cü ilə qədər Türkiyə, Azərbaycan və Gürcüstanı birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti, Türkiyə və Azərbaycanın müəyyənləşdirdiyi 15 milyard ABŞ dollarlıq ticarət hədəfinə töhfə verəcək”

O qeyd edib ki, Türkiyə 2003-2020-ci illərdə dəmir yollarına 169,2 milyard lirə (21,5 milyard ABŞ dolları) investisiya qoyub.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Biləsuvarın icra başçısına yeni müavin təyin edilib

Biləsuvar Rayon İcra Hakimiyyətində yeni müavin təyinatı olub.

Türkiyəli nazir koronavirusdan sağaldı

Bir müddət əvvəl koronavirusa yoluxan Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər naziri Zehra Zümrüt Selcuk sağalıb.

İrəvan 1 trilyondan çox təzminat verməlidir…

Noyabrın 25-də Azərbaycanın Moldovadakı səfir Qüdsi Osmanovun “Ermənistanın Azərbaycana 1 trilyon dollardan çox borcu var” başlıqlı müsahibəsi Moldova mətbuatında rus və rumın dillərində dərc edilib.

Rus diplomat: Pompeonun səfəri provokasiyadır!

ABŞ Dövlət katibi Mayk Pompeonun Qolan təpələrinə səfəri provokasiyadır.

UEFA Ukrayna millisinə texniki məğlubiyyət verdi

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunun koronavirus səbəbindən ləğv olunmuş İsveçrə - Ukrayna oyunu ilə bağlı qərarını açıqlayıb.