KOBİA dövlət-özəl tərəfdaşlığının inkişafı üzrə EBRD-lə layihəyə başlayacaq

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOBİA) ölkədə investorlar üçün münbit müasir dövlət-özəl tərəfdaşlığı (PPP) rejiminin hazırlanması və inkişafını dəstəkləmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) texniki yardım istəyib.

Qazet.az bu barədə EBRD-yə istinadən xəbər verir.

- Advertisement -

Məlumata görə, layihənin ümumi məqsədi Azərbaycandakı PPP layihələri üçün müasir siyasət, hüquqi və institusional çərçivələrin yaradılaraq kiçik və orta sahibkarlıq subyektlərini və dövlət-özəl tərəfdaşlığına nəzarət etmək üçün yaradılan Agentliyə və İqtisadiyyat Nazirliyinə kömək etməkdir.

Layihə 3 mərhələdən ibarət olacaq. Layihənin 2-ci mərhələsində yeni PPP haqqında normativ aktların və yardımçı vasitələrin hazırlanması nəzərdə tutulub.

Əgər müştəri və ya bankın məlumatların açıqlanması ilə bağlı ətraf mühit, sosial və ya ictimaiyi problemlərin həlli uğursuz olarsa (məsələn, müştərinin şikayətinə baxılması mexanizmi layihə səviyyəsində və ya bank rəhbərliyi ilə birbaşa əlaqə yolu ilə), şəxslər və təşkilatlar narahatlıqlarını EBRD-nin Müstəqil Layihə Hesabatlılıq Mexanizmi (IPAM) vasitəsi ilə müzakirə edə bilərlər.

IPAM layihənin reallaşmasına zərər verən (və ya verə biləcək) problemlərə müstəqil olaraq nəzərdən keçirəcək.

Qeyd edək ki, düzgün tərtib və tətbiq edildikdə dövlət-özəl tərəfdaşlıqları ölkənin infrastruktur ehtiyaclarını əlavə maliyyəsi, potensialı və mənbəyi ilə təmin edən əvəzsiz mənbə ola bilər. Bunlar infrastrukturun inşası, saxlanılması və keyfiyyətli xidmət göstərilməsi üçün dövlət resurslarının qaçınılmaz məhdudiyyətlərini aşmağa kömək edir. Ona görə də, PPP strukturları özəl sector resurslarından və təcrübəsindən istifadə edərək infrastrukturun inkişafı üçün ən çox istifadə olunan alətlərdən birinə çevrilib. Özəl sektorun iştirakını təşviq edən səmərəli və şəffaf siyasətin hüquqi/tənzimləyici və institusional çərçivələrin mövcudluğu, PPP strukturları vasitəsilə infrastruktur layihələrinin səmərəli həyata keçirilməsi üçün vacibdir.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

2021-ci il Yerin fırlanma sürətinə görə daha qısa olacaq

İlkin proqnoza görə bu il Yerin fırlanmasının sürətlənməsi səbəbindən 2020-ci ildən daha qısa olacaq

Braziliyada son sutkada 1151 nəfər koronavirusdan ölüb

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb

ÜST indiyədək dünyada vaksinasiyaya başlayan ölkələrin sayını açıqlayıb

Bu günə qədər 46 ölkədə koronavirus infeksiyası əleyhinə vaksinasiyaya başlanılıb

Azərbaycanda vaksindən ölümə görə kompensasiya veriləcək? – TƏBİB-dən AÇIQLAMA

Qazet.az-ın xəbərinə görə, qurumdan həmin şayiələrin həqiqəti əks etdirmədiyi bildirilib

Bakı küçələri dezinfeksiya edilir

Xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir