Özəl xəstəxanada çalışan tibb işçiləri və könüllülərə mükafat ödənilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin noyabr ayı üzrə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan 3 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə və 88 nəfər könüllüyə mükafat ödəyib.

Agentlikdən Qazet.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aylıq vəzifə maaşının 3, 4 və 5 misli məbləğində müəyyən edilib. Qərara əsasən özəl tibb müəssisələrində çalışan 3 nəfər tibb işçisinə noyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 6500 manat məbləğində müddətli əlavə ödənilib.

- Advertisement -

Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır. Sözügedən sərəncama əsasən aylıq 250 manat olmaq şərtilə, 88 nəfər könüllüyə noyabr ayı üzrə ümumilikdə 22 000 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək

Türkiyə lideri bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında deyib

İran ballistik raketlərin sınaqlarını keçirdi

İran ballistik raketlərin sınaqlarını keçirdi

Fransada etiraz aksiyasında qarşıdurmalar olub

Fransada keçirilən etiraz aksiyalarında 75 nəfər saxlanılıb

Almaniya polisi Frankfurt aeroportunda əməliyyat keçirir

Bu barədə Qazet.az-a “RİA Novosti”yə istinadən xəbər verir

Türkiyənin vitse-prezidenti peyvənd olundu

Vaksinasiya Ankara Dövlət Xəstəxanasında həyata keçirilib