“Samsung Galaxy Note 20” modelinin yeni fotoları üzə çıxıb

“Samsung” şirkəti özünün yeni “Note 20” seriyasını avqustun 5-də onlayn tədbirlə təqdim edəcəyini açıqlayıb.

Qazet.az xəbər verir ki, bir neçə gün öncə isə şirkət səhvən özünün rusdilli saytında “Galaxy Note 20″nin “Mystic Bronze” modelinin şəkillərini paylaşıb.

İnternetə sızan fotolarda çoxdan gözlənilən smartfonun bütünlükdə qara rəngdə minimal çərçivəli tərzdə hazırlandığı görünür.

Həmçinin smartfonun Android 10 üçün nəzərdə tutulan “One UI 2.5” ilə işləyəcəyi qeyd olunub. Aşağı hissədəki səsucaldan və “S Qələmi” şarj portunun sol tərəfinə quraşdırılıb.

Modelin adi “Note 20”, nisbətən böyük ölçülü “Note 20 Plus” və “Note 20 Ultra” modellərinin təqdim ediləcəyi gözlənilir.

(Techradar)

Bakı çimərliklərində dənizdə üzmək qadağan edildi

Bakıdakı çimərliklərə gələnlərə dənizdə üzmək qadağan edildi

Neftçalada karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələnib

Neftçala Rayon Polis Şöbəsinə şəhər ərazisində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub

Şimaldan cənuba qədər sahil zolağının təmizlənməsi işləri davam edir

Belə tədbirlərdən biri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Xəzər televiziyasının təşəbbüsü ilə Abşeron milli parkının Xəzər sahili sanitariya-mühafizə zonasında baş tutub

İlham Əliyev Bakıya gətirilmiş yeni “London taksi”ləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub

Prezidentin köməkçisi: “Erməni diasporu Ermənistan-Azərbaycan münaqişəsinin həllinə maneələr törədir”

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edərkən deyib