Bakı 17˚C Mostly sunny

Çavuşoğlu özbəkistanlı həmkarı ilə telefonla danışıb

Gündəm 04:11 05 iyl, 2022

Türkiyəli nazir ölkəsinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin başçılığı ilə hökumət və xalqın hadisələri sağlam düşüncə, sülh şəraitində həll edəcəyinə tam inandığını bildirib.

Çavuşoğlu özbəkistanlı həmkarı ilə telefonla danışıb

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə özbəkistanlı həmkarı Vladimir Norov arasında telefon danışığı olub.

Qazet.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Çavuşoğlu həmkarı ilə Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında baş verənləri müzakirə edib.

Türkiyəli nazir ölkəsinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin başçılığı ilə hökumət və xalqın hadisələri sağlam düşüncə, sülh şəraitində həll edəcəyinə tam inandığını bildirib.