Bakı 27˚C Sunny

Çin Pelosiyə qarşı sanksiyalar TƏTBİQ ETDİ

Gündəm 23:10 05 avq, 2022

Pelosi son 25 ildə Tayvana səfər edən ən yüksək səviyyəli ABŞ nümayəndəsi sayılır.

Çin Pelosiyə qarşı sanksiyalar TƏTBİQ ETDİ

Çin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə Tayvana səfərinə görə sanksiya tətbiq edib.

Qazet.az xəbər verir ki, sanksiya tədbirləri onun ailə üzvlərinə də şamil olunub.

Çin Xarici İşlər Nazirliyi Nensi Pelosinin Çinin bəyanatlarına və Tayvan adasına səfərinə sərt etirazlarına məhəl qoymadığı üçün bu addımı atıb.

Qeyd edək ki, Pelosi son 25 ildə Tayvana səfər edən ən yüksək səviyyəli ABŞ nümayəndəsi sayılır.

Bundan əvvəl Çin hökuməti spikerin hərəkətlərinə etiraz olaraq ABŞ səfiri Nikolas Börnsü çağıraraq rəsmi etirazı ona təqdim edib.