Bakı 14˚C Sunny

Çindən Tayvanla bağlı növbəti açıqlama

Gündəm 01:50 19 avq, 2022
Çin-Tayvan gərginliyi
Çindən Tayvanla bağlı növbəti açıqlama

Rəsmi Pekin ABŞ-ın Tayvanla sentyabr ayında başlayacağı gözlənilən ticarət danışıqlarına münasibət bildirib.

Qazet.az xəbər verir ki, mövzunu şərh edən Çinin Ticarət Nazirliyinin sözçüsü ABŞ-ı Tayvan bölgəsi ilə ticarət əlaqələrini qaydalara uyğun şəkildə aparmağa və Çinin əsas maraqlarına hörmət etməyə çağırıb.

O bildirib ki, Çin öz suverenliyini, ərazi bütövlüyünü və inkişaf maraqlarını qorumaq üçün bütün lazımi istiqamətdə tədbirlər görəcək.