DGK generalının Praqada hotelləri üzə çıxdı - FOTO
Gündəm
18:00 05 avq, 2022
İ.Hüseynov Səfər Mehdiyevin “qara kassası” olub.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynovun Çexiyanın paytaxtı Praqada hotellərinin olduğu bildirilir.
Qazet.az Axar.az-a istinadən xəbər verir ki, İ.Hüseynovun bu hotel biznesində şəriki DGK-nin sabiq sədri Səfər Mehdiyevdir.
Xatırladaq ki, İ.Hüseynov Səfər Mehdiyevin ən sadiq kadrlarından hesab olunur. Belə ki, 2018-ci ildə sədr təyin edilən S.Mehdiyev cəmi iki ay sonra İ.Hüseynovun özünə birinci müavin təyin edilməsinə nail olmuşdu.
Bəzi iddialara görə, İ.Hüseynov Səfər Mehdiyevin “qara kassası” olub.
