Bakı 27˚C Sunny

Dünya əhalisinə xəbərdarlıq – Avqustun 11-dən 12-nə keçən gecə…

Hadisə 00:23 09 avq, 2022

İlin ən mühüm hadisəsi baş verəcək

Dünya əhalisinə xəbərdarlıq – Avqustun 11-dən 12-nə keçən gecə…

Astronomlar tərəfindən ilin ən mühüm hadisələrindən biri kimi göstərilən Perseid meteor yağışına sayılı günlər qalıb.

Qazet.az xəbər verir ki, bu barədə “Space.com” məlumat yayıb. Saatda 100-ə yaxın meteoritin keçəcəyi gözlənilən meteor yağışı avqustun 11-dən 12-nə keçən gecə pik həddinə çatacaq.

Hər kəsin həyəcanla gözlədiyi həmin gecədə dünyaya daxil olan meteoritlərin sürəti saniyədə 66 kilometr civarında olacaq.

TÜBİTAK Milli Rəsədxanasının (TUG) məlumatına görə bu hadisə dünyada 8 ildən bir baş verir.
 

Qeyd edək ki, Perseidlərin əksəriyyəti kiçikdir, təxminən bir qum dənəsi boydadır.