Bakı 27˚C Sunny

Dünyaca məşhur kanal Ağdamdan bəhs etdi 

Gündəm 19:58 01 iyl, 2022

"Tərk edilmişlərin sirləri" layihəsi bir bölümünü Ağdama həsr edib

Dünyaca məşhur kanal Ağdamdan bəhs etdi 

"Discovery" telekanalı özünün məşhur "Tərk edilmişlərin sirləri" layihəsinin bir bölümünü Azərbaycanın Ağdam şəhərinə həsr edib.

Filmdə deyilir ki, Ağdam dünyada azsaylı ruh şəhərlərindən biridir. Bir vaxtlar əhalinin sıx məskunlaşdığı bu Azərbaycan şəhərindən bu gün yalnız xarabalıqlar qaldığı vurğulanır. Film Ağdamın ruhlu şəhəri və onun dağıdılmasına səbəb olan faciəli hadisələrdən bəhs edir. Müəlliflər qeyd edirlər ki, Ağdam işğaldan azad edildikdən sonra Azərbaycan şəhərin dirçəldilməsi üçün plan hazırlayıb. Qarşıdakı illərdə Ağdam yenidən canlı, on minlərlə insanın yaşadığı şəhərə çevriləcək.