“Karantin rejimi uzadılmamalıdır” – AÇIQLAMA

“Məndən olsa, karantin rejimini uzatmaram. Mənim səlahiyyətimdə olsa, mən yalnız insanların maska taxmasına ciddi nəzarət və maskadan istifadəyə, sosial təcridə, əhalinin bir yerə toplaşmasının müəyyən dərəcədə qarşısının alınmasına, bunun təbliğinə önəm verərdim. Əsas önəmli cəhət budur”.

Bu fikirləri Qazet.az-a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev bildirib.

O qeyd edib ki, xarici təcrübə tez bir zamanda öyrənilərək tətbiq edilməlidir. Qaydalara əməl edilmədən karantin rejiminin uzadılmasının heç bir mənası yoxdur.

“Biz qərar veririk ki, maskadan istifadə etməyənlər cərimələnsin. Cərimənin miqdarını da artırırıq. Əgər buna nəzarət olmayacaqsa, heç bir əhəmiyyəti yoxdur. İnsanları maska taxmağa məcbur etdirsək, o zaman hə. Yoxsa biz nə qədər də sərtləşdirsək, maska məsələsinə əməl edilməsə, görünən tədbirlərin nəticəsi zəif olacaq”, – deyə Cəlal İsayev əlavə edib.

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib

Prezident İlham Əliyev taksi sürdü – FOTO – Video

Dövlət başçısı taksilərdən birinin sükanı arxasında əyləşərək idarə edib

Bakı çimərliklərində dənizdə üzmək qadağan edildi

Bakıdakı çimərliklərə gələnlərə dənizdə üzmək qadağan edildi

Neftçalada karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələnib

Neftçala Rayon Polis Şöbəsinə şəhər ərazisində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub

Şimaldan cənuba qədər sahil zolağının təmizlənməsi işləri davam edir

Belə tədbirlərdən biri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Xəzər televiziyasının təşəbbüsü ilə Abşeron milli parkının Xəzər sahili sanitariya-mühafizə zonasında baş tutub