Aziz Sancar: “Azərbaycanda xərçəng xəstəliyinin 30%-nin qarşısını ala bilərik” – EKSKLÜZİV

Dünya üzrə qlobal xərçəng statistikasına və Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci ildə verdiyi hesabatlara əsasən, xərçəngə 18 milyon yeni tutulma, 9,6 milyon isə ölüm hadisəsi qeydə alınıb.

Qazet.az xəbər verir ki, qadınlarda rast gəlinən bütün bədxassəli şişlərə görə il ərzində 8,6 milyon yeni xəstələnmə halı, 4,2 milyon isə ölüm hadisəsi qeydə alınır.

Nobel mükafatçısı, professor Aziz Sancar Qazet.az-a müsahibəsində bildirib ki, Azərbaycanda xərçəng xəstələrinin sayı olduqca çoxdur.

“Azərbaycana gələndə də demişdim. Yenə də təkrar etmək istəyərdim ki, azərbaycanlı bacı-qardaşlarım siqaret çəkməyi unutsalar xərçəng xəstəliyinin 30%-nin qarşısını ala bilərik. Buna görə də, xərçəngdən qorunmaq müalicədən daha asandır. Təkrar türk bacı-qardaşlarımdan xahiş edirəm: Siqaret çəkməyin!”, – deyə professor bildirib.

Bədxassəli şişlərin etiologiyasında sadəcə 10 faiz hallarda irsi-genetik amillər, qalan 90 faiz hallarda isə xarici mühit amilləri rol oynayır. Aziz Sancar bildirib ki, hazırda xərçəng xəstəliyi daha dəqiq araşdırılır. Professorun şəxsi araşdırmaları da bu yöndədir.

“Mənim nukleotid eksizasiya bərpası mexanizmim xərçəngə səbəb olan maddələrin zərərini aradan qaldırmaqdan əlavə, xərçəng hüceyrələrini öldürən cisplatin və oxşar dərmanların vurduğu ziyanı da bərpa edir. Hazırda “cisplatin günün hansı saatında verilsə, xərçəng hüceyrələrini daha yaxşı öldürər və mənfi təsiri olmaz?” mövzusu üzərində çalışırıq”.

Xərçəngdən qorunmaq üçün isə əməl edilməsi vacib olan qaydalar çox asandır.

“Sağlam qidalanın, çəkinizi normal çəkinin üstünə çıxarmayın, idman edin və hər gün ən azı 5 kilometr yürüşə çıxın. Uzun və sağlam həyat yaşamağın heç də böyük olmayan sirri budur”, – deyə Aziz Sancar vurğulayıb.

Ödənişli təhsil alan tələbələrin təhsil haqqını dövlət ödəyəcək – AÇIQLAMA

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib

Koronavirusa yoluxan və xəstəlikdən ölən tibb işçilərinə təzminat ödəniləcək – RƏSMİ

Koronavirusa yoluxduğu üçün əmək əmək qabiliyyətini müvəqqəti itirən və bu xəstəlikdən ölən tibb işçilərinə birdəfəlik təzminatın ödənilməsi nəzərdə tutulur