“Sentyabrda dərslərə onlayn başlamaqdansa, başlamamaq yaxşıdır” – AÇIQLAMA

Dünyada koronavirus pandemiyası bir çox sahələr kimi təhsilədə təsirsiz ötüşmədi.

Qazet.az xəbər verir ki, dünyada yüzminlərlə təhsil müəssisəsi onlayn tədris sisteminə keçib. Azərbaycanda da dərs ilinin sonu onlyan formada yekunlaşdı.

Bəs sentyabr ayında məktəblər açılacaq?

Qazet.az-ın əldə etdiyi məlumata görə, bu, yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı ola bilər. Lakin hazır ki, gedişat onu göstərir ki, Azərbaycanda yeni tədris ili onlayn formada başalaya bilər.

Təhsil eksperti Kamran Əsədov isə onlayn təhsil sistemi ilə yeni dərs ilinə başlanılmasını düzgün hesab etmir.

“Uzun müddətdir müzakirə olunur, sentyabr ayında yeni tədris ili ənənəvi qaydada başlaya bilərmi?
Dövlət İmtahan Mərkəzi 10 iyundan müxtəlif növ imtahanlar təşkil edir və indiyə qədər 150 mindən çox şagird imtahanlarda iştirak edib. Amma hələ də onlar arasında yoluxma halları qeydə alınmayıb. Özü də imtahanlar orta məktəb binalarında keçirilir. Şagirdlər də azı 3 saat imtahanda olurlar. İmtahandan əvvəl azı 1 saat növbə gözləyirlər. Deməli, müəyyən qaydalara riayət etməklə tədris ili başlaya bilər”, – deyə ekspert bildirib.

Azərbaycandakı təhsil müəssisələri sinifdə şagird sayı, dərslərin növbəli təşkili və s. qaydalara əməl etməklə yeni tədris ilinə başlaya bilər.

“Əgər onlayn, distant təhsil düşünən varsa, bu çox yanlışdır. Onlayn-distant təhsil ilə tədris ilində başlamaqdansa, başlamamaq daha yaxşıdır. Onlayn təhsil baş aldatmaqdan başqa bir şey deyil”, – deyə ekspert əlavə edib.

Koronavirusa yoluxan və xəstəlikdən ölən tibb işçilərinə təzminat ödəniləcək – RƏSMİ

Koronavirusa yoluxduğu üçün əmək əmək qabiliyyətini müvəqqəti itirən və bu xəstəlikdən ölən tibb işçilərinə birdəfəlik təzminatın ödənilməsi nəzərdə tutulur

Bakıda muzdlu işçilərin maaşları artıb – RƏSMİ STATİSTİKA

Bakı Şəhər Statistika İdarəsi Bakı üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının məbləğini açıqlayıb

Gürcüstandan daha 200 azərbaycanlı təxliyə olunacaq

Avqustun 8-də Gürcüstandan 200 nəfər azərbaycanlının Azərbaycana təxliyəsi həyata keçiriləcək