Payızda koronavirusun növbəti dalğası gözlənilir – TƏBİB-dən RƏSMİ AÇIQLAMA

Yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması və vaxtında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sahəsində ölkə rəhbərliyinin müvafiq göstərişləri əsasında görülən işlərin davamı olaraq Gənclər və İdman Nazirliyinin tabeliyində olan Hövsan və Abşeron Olimpiya İdman Komplekslərinin müvəqqəti xəstəxanaya çevrilməsi ilə bağlı qərar verilib.

Qazet.az xəbər verir ki, komplekslərdə COVID-19 xəstələrinin müalicəsində zəruri hesab edilən oksigenin müvafiq həcmdə tam təmin edilməsi üçün qısa müddətdə Türkiyədən alınaraq komplekslərin hər birinin ərazisində 54 kub/metr gücündə müasir Oksigen İstehsalı Stansiyası quraşdırılıb. Stansiyada 75 kVt gücündə Ekomak kompressoru, qurutma-soyutma qurğusu, 54 kub/metr (900 litr/saniyə) gücündə, 95 faizdən artıq saflıqda oksigen təmin etmə imkanı olan Medisam oksigen generatoru, xüsusi filter dəstləri və digər avadanlıqlar quraşdırılıb.

- Advertisement -

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Qazet.az-a açıqlamasında bildirib ki, hazırda koronavirusa yoluxma üzrə göstəricilər qənaətbəxş hesab edilsə də, çarpayı sayının artırılmasına ehtiyac var. Çünki payız aylarında koronavirusa yoluxma sayının artacağı – yəni növbəti dalğanın olacağı gözləniləndir.

“Azalmalar var. Bu, sonuncu brifinqdə də deyilib. Azalma olsa da, payız aylarında pik hədd və mövsümi qriplər də olacaq. Bunu Yaqut xanım da vurğulayıb. Orada da deyilib ki, biz hazırlıq görürük, çarpayı sayımızı artırırıq. İstənilən halda, Azərbaycanda virus itməyib. Dünyada da vəziyyət eynidir”.

“Bir dönəm çox xəstə oldu, yüngül simptomlu xəstələr evdə müalicə edildi. Əlavə çarpayı fondunun olması zərərli deyil. İstəyirik ki, daha yaxşı xidmət göstərək”, – deyə Rəvanə Əliyeva qeyd edib.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Türkiyədə zəlzələ olub

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb

İranda 4,3 bal gücündə zəlzələ baş verib

Yeraltı təkanlar yerli vaxtla saat 16:45-də qeydə alınıb

Azərbaycan dili imtahanının keçirilməsi qaydası dəyişib

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib

Zlatan İbrahimoviç koronavirusa yoluxdu

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviçdə koronavirus aşkarlanıb

Dövlət Turizm Agentliyinin vəzifələri artırıldı – FƏRMAN

Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb