Ermənistanın da iştirak edəcəyi hərbi təlimlərə 2 türk dövləti qatılacaq – RƏY

“Yaxın vaxtlarda əvvəlcədən planlaşdırılmış şəkildə Ermənistandakı Baqramyan (Türkiyəyə yaxın yerləşir) poliqonunda KTMT-nın bütün üzv dövlətlətlərinin iştirakı ilə hərbi təlimlərə start veriləcək”.

Bu fikirləri Qazet.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib.

- Advertisement -

“Ermənistanda KTMT-nin başçılığı altında hərbi təlimlərə az qaldı. “Sərhədyanı ərazilərdə münaqişələrin qarşısının alınması” adlı kəşfiyyat qruplarının və çevik qoşunların iştirakı ilə baş tutacaq bu təlimlərdə Qazaxıstan və Qırğızıstan kimi dövlətlərin iştirakı birmənalı qarşılanmamalıdır. Adı və məqsədləri bəlli olan bu təlimlərdə şərti düşmənlərin 2 türk dövləti olması, Astana və Bişkek üçün əsas çəkindirici şərt olmalı idi”, – deyə politoloq qeyd edib.

O bildirib ki, təlimlərin başlayacağı ərəfədə Ermənistan tərəfinin müharibə hazırlığı, Rusiyanın Ermənistanın müdafiəsi üçün silah arsenalını yeniləməsi diqqətdən kənarda qalmamalıdır.

“Bununla bağlı ilin əvvəlində yazmışdım, indi təkrar edirəm. 100 il əvvəlki proseslərin oxşarı bu ilin əvvəlindən başlanmaqdadır. Yaxın 5 il ərzində bölgədə ciddi dəyişikliklər baş verəcək. Artıq Brestdən başlayan Belarusun Rusiyaya siyasi- iqtisadi ilhaqı surətlənəcək. Növbədə isə, Qazaxıstandır”, – deyə Zaur Məmmədov əlavə edib.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb

Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb

Rusiya XİN: Gəncənin atəşə tutulması zamanı həlak olan Mayakov dəfn edilib

Gəncənin atəşə tutulması zamanı həlak olan Mayakov dəfn edilib

Düşmənin aldadaraq işğal olunmuş ərazilərə gətirdiyi əsgər və könüllülərə silahı yerə qoymaq təklif edilib

Bu barədə Qazet.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib

Gəncədə 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub

Düşmənin atəşi nəticəsində hazırki vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaqdır

İşğal olunmuş ərazilərdəki dinc əhaliyə hərbi obyektlərdən uzaq durmaq tövsiyə edilir

Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan dinc əhaliyə bir daha müraciət edərək onların xəsarət almaması üçün hərbi obyekt və infrastrukturdan uzaq durmasını tövsiyə edir