“Qarabağa Sülhməramlıları yerləşdirmək Qarabağla vidalaşmaq deməkdir” – ŞƏRH

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir. Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.

Bu fikirləri Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüş zamanı səsləndirib.

- Advertisement -

Politoloq Zaur Məmmədov Qazet.az-a açıqlamasında bildirib ki, Rusiya bir neçə ildir ki, Lavrov planı üzərində çalışır. Lakin bu plan nə Azərbaycana, nə də Ermənistana sərf edir.

“Bölgəyə sülhməramlıların yerləşdirilməsi olmaz. Sülhməramlıları yerləşdirmək Qarabağla vidalaşmaq deməkdir. 5 rayon ümumiyyətlə müzakirə predmeti olmamalıdır. Bu isə, avtomatik olaraq araya sülhməramlıların yerləşdirilməsini rədd edir. Həmsədrlər ya beynəlxalq hüquq əsasında addım atırlar, ya da bizləri tək buraxsınlar. Əgər biz təkbətək olsaq – fəsadlarından heç bir qonşu əziyyət çəkməyəcək. Yox əgər bizi təkbətək qoymasalar o zaman aləm qarışacaq”, – deyə politoloq qeyd edib.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

MN: Döyüş əməliyyatları uğurla davam edir

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib

Bərpa olunan enerji tənzimlənməsi üzrə ilk qanun layihəsi hökumətdə baxılır

Bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə rəsmi mətbuatda dərc edilən məqalədə bildirib

Tərtərin Tapqaraqoyunlu kəndində qaz təchizatının bərpasına başlanılır

Bu barədə Qazet.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib

“WarGonzo” kanalının qurucusu Semyon Peqov Qarabağdan qaçdı

Bildirilib ki, onun Xabarovska gəlişi "yeni araşdırmalarla" əlaqədardır

Erməni təxribatı nəticəsində ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib