İran PKK yaraqlılarının Qarabağa daşınmasına yardım edib? – RƏSMİ AÇIQLAMA

Misirin “cairo.24.com” saytında Ermənistanın PKK yaraqlılarını Qarabağa daşımağa başlaması ilə bağlı məqalə dərc etməsi barədə xəbər təqdim etmişdik.

Qazet.az-ın məlumatına görə, xəbərdə 25 nəfərdən ibarət PKK hərbi təlimatçıları qrupunun artıq Ermənistana, oradan Qarabağa gətirilməsi qeyd edilir. Yeni mövqelər tutmaq üçün “zərbə qrupu” rolunu oynayacaq 250 nəfərlik qrupun isə Ermənistana keçmək üçün İranda gözlədiyi deyilir.

- Advertisement -

Qonşu İranın Ermənistana yardım etməsi birmənalı qarşılanmır.

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin sözçüsü Seyid Əli Musəvi Qazet.az-a açıqlamasında bildirib ki, yayılan xəbərlərin heç bir əsası yoxdur.

Biz özümüz də PKK ilə savaşdayıq. Onlar bizim nə qədər gəncimizi öldürüb. Bu necə ola bilər ki, biz PKK ilə əməkdaşlıq edək?! Biz onları Azərbaycanın işğalda olan ərazilərinə necə gətirə bilərik? Bu əsassızdır. Bu yalan məlumatdır. Biz özümüz PKK ilə savaşdayıq”, – deyə Seyid Əli Musəvi qeyd edib.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

“WarGonzo” kanalının qurucusu Semyon Peqov Qarabağdan qaçdı

Bildirilib ki, onun Xabarovska gəlişi "yeni araşdırmalarla" əlaqədardır

Erməni təxribatı nəticəsində ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib

İnam Kərimov ermənilərin aqrar sektorumuza vurduğu ziyandan danışdı

Bunu “Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda keçirilən regional videokonfransda Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib

Sahibə Qafarova: “Azərbaycanın müzəffər ordusu hədəflərinə çatır”

“Vətən müharibəsində bizim hədəflərimiz bəllidir. Azərbaycanın müzəffər ordusu hər gün öz hədəflərinə çatır”

Ermənilər “fişinq” hücumu üçün “ASAN Xidmət”in də adından istifadə etdi

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasında bildirilir