Sergey Markov: “Azərbaycan razılıq əldə etməyə tələsməyəcək” – EKSKLÜZİV

Daha əvvəl xəbər verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərini məsləhətləşmələr üçün Moskvaya dəvət edib. Hər iki dövlət artıq bu görüşə öz nümayəndələrini göndərməyə hazır olduqlarını təsdiqləyib.

Rusiyalı ictimai xadim, politoloq, Prezident Vladimir Putinin etibarlı adamı Sergey Aleksandroviç Markov Qazet.az-a açıqlamasında bildirib ki, bu görüşdə Rusiya Federasiyası Prezidentinin həm Bakının, həm də İrəvanın bir növ kompromisə getməsinə kömək edəcəyinə əmindir:

- Advertisement -

“Halbuki, Madrid prinsipləri şəklində işlənmiş və sonradan Kazanda formalaşdırılmış əsas formatda belə bir kompromis onsuz da mövcuddur. Madrid prinsipinin mahiyyəti olduqca sadədir: Ermənistan Dağlıq Qarabağ ətrafındakı bölgələri Azərbaycana qaytarır, Azərbaycan da öz növbəsində bu bölgələr və sərhədlər üçün sərt demilitarizasiya qaydaları tətbiq edir, eyni zamanda Ermənistan və Qarabağ üzərindən iqtisadi blokadanı aradan qaldırır. İnanıram ki, bu, hər iki tərəf üçün çox yaxşı bir kompromisdir və buna ən qısa zamanda nail olmaq lazımdır. Belədə, Azərbaycan Dağlıq Qarabağ ətrafındakı bölgələri hərbi əməliyyatlar, hərbi və iqtisadi itkilər və s. olmadan əldə edəcəkdir”.

“Amma əgər Azərbaycanın Stepanakerti (Xankəndi) mühasirəyə almaq və azad etmək üçün yaxşı imkanları varsa, o zaman razılıq əldə etməyə tələsməyəcək. Beləliklə, bu vəziyyət qismən hazırda cəbhədə baş verənlərdən asılıdır. Vəziyyət sabit deyilsə, o halda, həm Bakı, həm də İrəvan Rusiyanın təşəbbüsü ilə hazırlanan məsələnin kompromis yolu ilə həllində maraqlı olacaqlar”, – deyə Markov bildirib.

Xatırladaq ki, sentyabrın 27-dən etibarən Azərbaycan Silahlı Qüvvələri erməni təxribatına cavab olaraq əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycan hərbçilərinin əməliyyatının məqsədi erməni tərəfinin təxribatının qarşısını almaqdır.

Avatar
Kanan Abid
Xəbər müəllifi

Bərdəyə raket atılması nəticəsində 14 nəfər ölüb, 40-dan çox şəxs yaralanıb

Bərdəyə raket atılması nəticəsində 14 nəfər ölüb, 40-dan çox şəxs yaralanıb

ANAMA Bərdənin raket atəşinə tutulması ilə bağlı məlumat yayıb

ANAMA Bərdə şəhərinə Ermənistan tərəfindən raket atılması ilə bağlı məlumat yayıb

Hikmət Hacıyev: “Ermənistan Azərbaycan xalqına qarşı etnik təmizləmə aparır”

“Ermənistan tərəfindən Azərbaycan xalqına, ümumiyyətlə mədəni irsinə qarşı da etnik təmizləmənin şahidi oluruq”

Baş Prokurorluqdan Ermənistanın Bərdəyə hücumu ilə bağlı rəsmi açıqlama

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır

Bərdədə ölənlər arasında bir körpə var

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb