Ermənistanın Naxçıvanı vurmaqda məqsədi nədir? – TƏHLİL

“Onlar əvvəldən 3-cü tərəfi cəlb etmək istəyirdilər. Münaqişənin aktiv fazaya keçməsinə birinci gündən çalışdılar”.

Bu fikirləri Qazet.az-a açıqlamasında politoloq Əli Hacızadə bildirib. Politoloq hesab edir ki, düşmən bu provokasiya ilə Türkiyə və Rusiyanı münaqişəyə cəlb etmək istəyir.

- Advertisement -

“Rusiyanı cəlb etmək istədilər – bir o qədər də alınmadı. Türkiyə Naxçıvanın təhlükəsizliyinin bir qarantıdır. Bunlar böyük ehtimalla bu yolla Türkiyənin reaksiyasını almaq istəyirlər. Ondan sonra da Rusiyanın qarşısına bu faktı qoymaq istəyirlər: “Türkiyə qarışır, gəlin qoruyun”.

Amma bu, nəticə verməyəcək. Nə Ankara, nə də Moskva bu provokasiyalara uymayacaqlar”, – deyə politoloq əlavə edib.

Mehriban Mürsəlova
Mehriban Mürsəlova
Xəbər müəllifi

Hikmət Hacıyev: “Bərdə şəhərinə qarşı soyqırımı aktı: 20-yə yaxın şəxs həlak olub”

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb

Hikmət Hacıyev: “Azərbaycan əraziləri azad ediləndən sonra bütün tarixi və mədəni abidələr bərpa olunacaq”

Bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib

Ermənilərin Bərdəni raket atəşinə tutması nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın şəxs yaralanıb – YENİLƏNİB

Bərdəyə raket atılması nəticəsində 14 nəfər ölüb, 40-dan çox şəxs yaralanıb

Ərdoğan: “Kəşfiyyat məlumatları əsasında 2000 PKK, YPG terrorçusunun 600 dollara Qarabağda döyüşdüyünü müəyyənləşdirmişik”

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib